Ulu öndərin şah əsəri müstəqil Azərbaycanı yalnız uğurlar müşayiət edəcək

Azərbaycan bu gün qazandığı tarixi Zəfəri ilə dünyanın diqqətindədir. İqtisadi və siyasi müstəqilliyini təmin etməklə, ordusunu gücləndirməklə, xalq-Prezident birliyinin sarsılmazlığını təsdiqləməklə, eyni zamanda, hər bir sınaqdan  üzüağ çıxıb məğrurluğunu, yenilməzliyini dünyaya nümayiş etdirməklə   Zəfərinə yol açan Azərbaycan artıq diktə edən tərəf kimi çıxış edir. Bu uğurumuz ulu öndər Heydər Əliyev siyasətinin təntənəsidir. Müstəqilliyimizin yenidən bərpasının 30 ilini təhlil etdikdə ümummilli lider Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı xidmətlərinin miqyası, bu günümüz və gələcəyimiz üçün hazırlanmış inkişaf strategiyasının əsil mahiyyəti daha aydın görünür. Azərbaycan ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə Liderin gücünün, qətiyyətinin, siyasi iradəsinin şahidi oldu. Dövlətinin, xalqının gələcəyini düşünən Lider inkişaf konsepsiyasını elə hədəflər üzərində qurur ki, davamlı inkişaf qaçılmaz olur. Ulu Öndər bu nümunəni nümayiş etdirdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdıb  xilaskarlıq missiyasını yerinə yetirməklə Azərbaycanın qarşısında  geniş imkanlar açdı. Daim təbii sərvələrinin sahibi olmaq, ondan öz mənafeyi naminə bəhrələnmək arzusunda olan xalqımız bu istəyini Ümummilli Liderin qaydışından sonra reallaşdırdı. “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın bu imkanlarının təqdimatı oldu. Həmçinin  neft gəlirlərindən səmərəli istifadəni təmin etmək üçün  1999-cu ildə Dövlət Neft Fondu yaradıldı. Ümummilli lider Heydər Əliyev  dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istinadən hazırladığı iqtisadi strategiyası ilə  Azərbaycanı  müstəqilliyinin yenidən bərpasının ilk illərinin  çətinliklərindən, bəlalarından xilas etdi. Hər zaman qeyd olunduğu kimi, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onun qorumaq ondan da çətindir. Bu baxımdan bu fikri böyük inamla qeyd edirik ki,  Azərbaycanın gələcəyi üçün   müəyyənləşdirilən  perspektivlərin reallaşması  Böyük qayıdışa əsaslanır. Ulu öndər Heydər Əliyev iqtisadi və siyasi islahatların paralelliyini  qorumaqla hər bir hədəfə zamanında nail oldu.   Ulu öndər Heydər Əliyevin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmışdır. 1993-2003-cü illərdə  dövlətçilyimzin əsasları yaradıldı.  1995-ci ilin noyabrın 12-də ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanan Konstitusiyamız referendum yolu ilə qəbul olundu. Ölkəmizdə çoxpartiyalı sistem yaradıldı. Demokratik, hüquqi dövlətin varlığını təsdiqləyən atributlardan biri kimi, seçkilərin azad, beynəlxalq standartlara  uyğun keçirilməsi üçün mühüm adımlar atılıdı,  təkmil seçki sistemi formalaşdırıldı. Daxili siyasətini uğurla həyata keçirən Azərbaycanın xarci siyasətdə qazandığı uğurlar da   təqdirəlayiqdir. Azərbaycanın xarici siyasət uğurları bu gün artıq tarixiə qovuşmuş Dağlıq Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi bazanının yaradılmasını təmin etdi. Bununla yanaşı, Ulu Öndər, həmçinin bildirirdi ki, sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü ordunun olması vacibdir. 
         Ümummilli lider Heydər Əliyevin xidmətləri sırasında bu gün sıralarında 800 minə yaxın  üzvü birləşdirən Yeni Azərbaycan Partiyasının yaradılması dayanır.  Bu partiyanın yaradılması ölkəmizin həyatında istinad nöqtəsi kim dəyərləndirlir. Belə ki, artıq ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı bir zərurət  və tələb kimi səsləndirildi. Xalq onun Liderlik qətiyyətinin sayəsində bütün çətinlikləri arxada qoyurdu. Bu baxımdan Liderin ölkə həyatında böyük rol oynadığı hər zaman qeyd olunan həqiqətlər sırasındadır. Dahi şəxsiyyətin  dövlətçilik təcrübəsi, siyasi iradəsi,  hadisələrə düzgün yanaşma və seçim etmək bacarığı Azərbaycanın hər bir çətinliyi dəf etməsini şərtləndirdi.
      Ulu öndər Heydər Əliyevin xidmətlərindən saatlarla, günlərlə  danışmaq olar.  Arxada qalan hər il onun bu xidmətlərinin daha bir tərkib hissəsinin açıqlanmasında əhəmiyyətli rol oynayır. Çünki Ümummilli  Liderin fəaliyyəti ilə bağlı nə qədər kitablar, elmi məqalələr yazılsa da, onun fəaliyyətinin hər bir sahəsi  zəngin mənbə, araşdırma mövzusu olduğu üçün tədqiq edilir.
    Ümummilli Liderin xidmətlərindən  bəhs edərkən onun şah əsəri olan müasir müstəqil Azərbaycanın  qüdrətlənməsini təmin edən amillər önə çəkilir ki, onlardan ən mühümü  2003-cü ildə xalqına göstərdiyi inam və etimad ünvanıdır.   Ulu öndər Heydər Əliyevin 1 oktyabr  2003-cü ildə Azərbaycan xalqına müraciətini xatırlatmaq istərdim: “Üzümü Sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.”
    Dövlət başçısı İlham Əliyevin  2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazandıqdan  sonra  keçirilən andiçmə mərasimində Azərbaycanın daha güclü, qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsinin vacibliyini bildirmişdir.   Prezident kimi jurnalistlərə ilk müsahibəsində söylədiyi kimi,  Azərbaycanda  ölkəmizi hərtərəfli inikşaf etdirmək üçün gözəl zəmin yaranıb.   Heydər Əliyevin siyasəti Azərbaycanda  çox güclü bir təməl qoyub. Bu təməlin üzərində  gözəl binanın inşa  edilməsi asan görünə bilər.  Amma eyni zamanda  həyat yerində  durmur. Yeni tələblər çıxır, qarşımıza yeni vəzifələr çıxır. 
   Son 18 ildə möhkəm təmələ əsaslanaraq həyata keçirilən təkmil islahatlar Azərbaycanın daha möhtəşəm  uğurlara imza atmasını şərtləndirdi. Bu uğurların zirvəsində dayanan Azərbaycanın  tarixi Zəfəridir. Xalqımız bu günü səbirsizliklə gözləyirdi. 30 ildən sonra 44 gündə işğala son qoymaq, ərazi bütövlüyümüzü təmin etmək qüruvericidir.   Tarixi Qələbəmizdən   dərhal sonra dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə səfərləri tarixi hadisələr kimi qeyd olunur. Hər səfər  soydaşlarımızın Böyük Qayıdışına  doğru atılan addımdır. Tezliklə  Qarabağımız və Şərqi Zəngəzur  cənnət məkana çevriləcək, soydaşlarımız doğma yurd-yuvalarına  qayıdacaqlar. Xalqımız tam əmindir ki, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Birinci  vitse-prezident  Mehriban xanım Əliyevanın birgə səyləri nəticəsində bütün hədəflər reallığa çevriləcək, Ümummilli Liderin  şah əsəri olan müasir müstəqil Azərbaycan daha möhtəşəm uğurları ilə diqqətdə olacaq.  Bundan sonra Azərbaycanı ancaq və ancaq uğur gözləyir.

Ağalar Vəliyev,
Milli Məclisin deputatı

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]