Əməkhaqları və pensiyalar nə qədər artacaq? – RƏQƏMLƏR AÇIQLANDI – VİDEO

Gələn il yanvarın birindən həm dövlət, həm də özəl sektorda çalışan şəxslərin əməkhaqları 20 faizdən az olmayaraq artırılacaq.

Aktualtv.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Xəzər Xəbər”ə müsahibəsində deyib.

O bildirib ki, artıq 2022-ci ilin dövlət büdcəsi zərfi təsdiq olunub. Zərfə daxil olan sənədlərdən biri də minimum əməkhaqqının artırılması ilə bağlıdır.

Sənədə əsasən, gələn ildən minimum əməkhaqqı mövcud 250 manatdan 300 manata çatdırılacaq.

Musa Quliyev deyib ki, minimum əməkhaqqının artması ilə əlaqədar olaraq muzdlu əməkhaqqı çərçivəsində, yəni, vahid tarif cədvəli üzrə çalışan bütün işçilərin aylıq maaşı artacaq.d – 00:06

Bir sözlə, bütövlükdə əməkhaqqının vahid tarif cədvəli üzrə artması həm dövlət sektoru, həm də özəl sektoru əhatə edəcək.

Musa Quliyev onu da qeyd edib ki, gələn il cari illə müqayisədə orta aylıq əməkhaqqı 65 manat artaraq 807 manata çatacaq. Eyni zamanda, orta aylıq əməkhaqqının artması imkan verəcək ki, bütün növ pensiyaların məbləği təxminən 7-8 faiz yüksəlsin.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]