Qurban Qurbanov ilin məşqçisi adına layiq görülüb

Azərbaycanda ilin ən yaxşı məşqçisi müəyyənləşib.

Bu, İdman Araşdırmalar Mərkəzinin “İlin Qalibləri-2021” layihəsində jurnalistlər arasında keçirdiyi sorğuya əsasən bəlli olub.

“Qarabağ”a rəhbərlik edən Qurban Qurbanov 48 səslə bütün rəqiblərini qabaqlayıb. Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi Aleksandr Tarakanov 3 xalla ikinci olub. Sərbəst güləş üzrə yığmanın baş məşqçisi Namiq Abdullayev və qadın şahmatçılardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Fikrət Sideifzadə 2 səs toplayıb.

Qeyd edək ki, “İlin Qalibləri-2021” layihəsinin baş sponsoru “Azfar Group”, sponsoru Azərbaycanın ilk idman geyimi brendi “Il`Azero”, informasiya dəstəkçisi “Report”, təşkilati dəstəkçisi Bakı Olimpiya Stadionudur.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]