İlham Əliyev NATO Baş katibi ilə mətbuat konfransında sülh mesajı verdi

“Azərbaycan NATO-nun hərbi təlimlərində iştirak edir. Eyni zamanda, Azərbaycan NATO üzvü olan Türkiyə ilə aktiv şəkildə 2021-ci il ərzində yeddi birgə hərbi təlim keçirib”.

Aktualtv.Az-ın xəbərinə görə, bunu Prezident İlham Əliyev Brüsseldə NATO baş katibi Yens Stoltenberqlə keçirilən birgə mətbuat konfransında deyib.

Dövlət başçısı qeyd edib ki, bu təlimlər sülhün və təhlükəsizliyin təminatına yönəlib.

Prezidentin sözlərinə görə, NATO baş katibi ilə görüşdə Cənubi Qafqazdakı postmünaqişə dövrü müzakirə edilib.

İlham Əliyev qeyd edib ki, Azərbaycan sülhü təmin edir.

“Azərbaycan çalışır ki, regionda hər hansı yeni müharibə riski, ehtimalı minimallaşsın”, – deyə Prezident bildirib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]