Rusiyadan nüvə raketləri ilə bağlı Avropaya – Xəbərdarlıq

Rusiya Avropada ortamənzilli nüvə raketləri yerləşdirmək məcburiyyətində ola biləcəyini açıqlayıb.

Aktualtv.az-ın məlumatına görə, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib.

O bildirib ki, NATO-nun da eyni planı var.

Ryabkov qeyd edib ki, NATO-dan gözlədikləri təhlükəsizlik zəmanətini ala bilməsələr, Qərblə aralarındakı böhran daha da böyüyəcək:

“Problemin siyasi və diplomatik həllini tapmamaq cavabımızın hərbi və texniki xarakter daşımasına səbəb olacaq”.

Qeyd edək ki, Ortamənzilli Nüvə Qüvvələri haqqında Müqavilə 1987-ci ildə ovaxtkı ABŞ Prezidenti Ronald Reyqan və Sovet İttifaqının lideri Mixail Qorbaçov arasında imzalanıb. Müqavilə bu raketlərin Avropada istifadəsini qadağan edir. Lakin ABŞ-ın keçmiş Pezidenti Donald Tramp 2019-cu ildə Rusiyanın müqaviləni pozduğunu əsas gətirərək müqaviləni tərk edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]