Azərbaycan qadını fədakarlıq, və vətənpərvərlik nümunəsidir

“Aslanın erkəyi-dişisi olmaz” deyib atalarımız. Azərbaycan qadını üçün bu deyim doğurdan da elədir. 

Bizim qadınların tarix boyu çox cəsur, mərd addımlar atdıqları, qadın işləri ilə bərabər kişi işlərinin də öhdəsindən məharətlə gəldikləri danılmaz faktdır. 

Tarixboyu Azərbaycan qadınları həyatımızın bir çox sahələrində mühüm rol oynayıblar. Qadın hökmdarımız Tomris, Şərqdə ilk diplomat qadın Sara xatın, Koroğlunun Nigarı, Qaçaq Nəbinin Həcəri, Şah İsmayılın Aləmşahbəyimi, Qaçaq Süleyman adı ilə 200-dən çox qaçağa başçılıq edən Gülsüm xanım xalqımızın tarix səhifələrinə öz adlarını şərəflə yazıblar. Təsadüfi deyil ki, oğuz türklərinin tarixindən xəbər verən “Kitabi-Dədə Qorqud” dastanlarında Azərbaycan qadını vətənpərvər, sədaqətli, qoçaq, kişilərlə birlikdə döyüşlərə atılan qeyrət nümunələri kimi göstərilib. Döyüş meydanına atılan Burla xatın, Banuçiçək və digər qadın obrazları həmişə qadınlarımız üçün bir örnək olublar. 

Nizami Gəncəvinin “Xosrov və Şirin” əsərində Bərdə hökmdarı Nüşabənin böyük fateh Makedoniyalı İsgəndərlə görüşündə ona öz ağıllı siyasəti ilə qalib gəldiyinin şahidi oluruq. XIII əsrin əvvəllərində Xarəzmşah Cəlaləddinin Azərbaycana hücumu zamanı Atabəylər dövlətinin sonuncu hökmdarı Müzəffərəddin Özbəyin həyat yoldaşı Mehrican xatın təbrizli Şəmsəddinlə birlikdə igidliklə vuruşub, böyük hünər göstərib. Təbriz, Xoy, Naxçıvanı işğaldan azad edib. Atabəy Şəmsəddin Eldənizin xanımı Möminə xatın böyük nüfuza sahib olub. Vəfatından sonra onun şərəfinə ucaldılan türbəsi bu gün həm də Azərbaycan qadınının simvolu kimi Naxçıvan torpağında öz əzəməti ilə diqqəti cəlb edir. Naxçıvana gələn bir çox qonaqlar Möminə xatın türbəsini, tarixi mənbələrdə Quti xatının şərəfinə ucaldıldığı qeyd olunan Qarabağlar Türbə Kompleksini Hindistanda yerləşən Tac-Mahalla müqayisə edirlər. Onlar arasındakı xüsusi bənzərlik ondan ibarətdir ki, hər üç abidə həyat yoldaşlarına böyük sevgi və ehtiram bəsləyən tarixi şəxsiyyətlər tərəfindən inşa olunub.

Ötən əsrdə də Azərbaycan qadını tarixə adını şərəflə yazıb. 1941-45-ci illər müharibəsində Qafqazda, Cənubi Avropada və Yaxın Şərqdə ilk qadın təyyarəçi kimi tanınan Leyla Məmmədbəyova aviasiya mayoru rütbəsinə yüksəlib. Sona Nurəliyeva, Züleyxa Seyidməmmədova kimi qadın pilotlarımız açıq səmalarda düşmənə göz açmağa imkan verməyiblər. Səngərlərdə tibb bacısı, açıq dənizlərdə gəmi kapitanı, səmalarda qırıcı təyyarə pilotu kimi xidmət edən qadınlarımız həm də partizan dəstələrində düşmənə Azərbaycan qadınının gücünü göstəriblər.

27 sentyabr 2020-ci, ildə xalqımızın başı üstünü alan qara buludlar, çox təəssüf ki, yeni bir müharibənin başlanğıcının xəbərçisi idi. Tarix yenidən təkrar olunurdu. Erməni təcavüzkarları torpaqlarımıza hücum etməyə başlamışdı. Düşmən təpədən dırnağadək silahlansa da unutmuşdu ki, dünyada heç bir silahla bir xalqın vətənpərvərliyinə, onun Vətən təəssübkeşliyinə qalib gəlmək mümkün deyil. Qarabağın müdafiəsinə qalxan kişilərlə bərabər Tomris qeyrətli qadınlarımız da hünər və cəsarət göstərdilər. İgid qadınlarımızda, oğullarımızla çiyin-çiyinə torpaqlarımız uğrunda döyüşdülər, canlarından keçdilər. Günay Ağamalı, da onlardan biri olub. Azərbaycan ll-ci Vətən  müharibəsi zamanı ,gecə gündüz qəhraman igidlərimizlə çiyin çiyinə döyüşən bir xanımdı Günay Ağamalı.Bəli şərt ələ silah alıb döyüşmək deyil,Günay xanım 44,gün yatmadı həm yaralı qardaşlarımızın yanında oldu həm,ön cəhbədə yanlarında oldu.Daim şəhid Anaların müqqədəs ocaqların ziyarət,edir diqqət qayğsını əsirgəmir,Biz kişi qeyrətində olan Vətənpərvər  xanımlarmızın qədrini bilməliyik  Bəli, qadın namusdur, qadın qeyrətdir bu xalq üçün.
Bu gün də Sara xatın düşüncəli, Aləmşahbəyim xatın kimi döyüşçü, İnanc xatın kimi vətənsevər, Burla xatın kimi həm ana, həm həyat yoldaşı, həm də torpaq təəssübkeşli qadınlarımız var.Çox hörmətli Günay xanım bu Vətən sizinlə qürur duyur.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]