Türkiyə səfiri Şuşa Bəyannaməsindən DANIŞDI: “Bizim üçün bir təlimatdır”

Şuşa Bəyannaməsi bizim üçün bir təlimatdır. Bu bəyanat Türkiyə və Azərbaycan əlaqələrinin hər bir sahədə genişləndirilməsi və dərinləşdirilməsidir.

Aktualtv.az  xəbər verir ki, bunu “Trend”ə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı deyib.

Onun sözlərinə görə, Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələr genişlənir.

“Şuşa Bəyannaməsi bizim üçün bir təlimatdır və hər birimiz bu təlimata uyğun fəalliyyət göstəririk”, – deyə səfir bildirib.

O qeyd edib ki, 30 illik bir acının arxasınca Azərbaycan həm hərbi, həm də siyasi baxımdan böyük uğur əldə edərək Qarabağda zəfər qazandı. Müharibə zamanı Türkiyə həm siyasi, həm də mənəvi baxımdan Azərbaycanın yanında oldu.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]