“Türkiyə ilə Ermənistanın münasibətləri yoluna qoymaq əzmini alqışlayırıq” – Mariya Zaxarova

“Rusiya Türkiyə ilə Ermənistanın münasibətləri yoluna qoymaq əzmini alqışlayır”.

Bunu Rusiya Xarici İşlər Nazirliyi sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə bildirib.

“Rusiya hesab edir ki, Ermənistanla Türkiyə arasında münasibətlərin yoluna qoyulması regiondakı ümumi ab-havanı sağlamlaşdırmağa təkan verər, bu da qarşılıqlı etimad və mehriban qonşuluq mühitinin yaradılmasına dəstək olardı” – deyən Rusiya rəsmisi Ankara və İrəvanın problemləri müzakirə etmək üçün qarşılıqlı dialoqa başlamaq əzmini alqışladıqlarını dilə gətirib: “Fikrimizcə, tərəflərin bu məqsədlə xüsusi nümayəndə təyin etmələri ağıllı və məntiqli addımdır”.

Rusiya XİN nümayəndəsi bu prosesə dəstək verməyə hazır olduqlarını da diqqətə çatdırıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]