Jurnalistin övladının saçına irad bildirən müəllimə töhmət verildi

Bakıda 116 nömrəli tam orta məktəbdə şagirdin saçının uzun olduğuna görə müəllimin ona irad bildirməsi səbəbindən yaranmış anlaşılmazlıqla bağlı məktəbdən valideynlə əlaqə saxlanılıb və yaranmış anlaşılmazlığa aydınlıq gətirilib.

Aktualtv.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, məktəb rəhbərliyi həmin müəllimə töhmət verib: “Həmçinin Təhsil İdarəsindən valideynlə əlaqə saxlanılıb. Valideyn vaxt məhdudiyyəti olduğuna görə ona uyğun vaxtda BŞTİ-nin nümayəndələri ilə birgə məktəbdə olacağını bildirib. Bu görüşdə anlaşılmazlığa səbəb olan məsələnin bir daha müzakirə olunacağı valideynin nəzərinə çatdırılıb”.

Xatırladaq ki, hadisə bir müddət əvvəl Almaniyadan Azərbaycana deportasiya olunan jurnalist Röya Rəfilinin övladı ilə bağlı baş verib. Belə ki, 116 nömrəli məktəbin müəllimi jurnalistin oğlan övladını saçının uzun olması səbəbindən şagirdlərə qız kimi təqdim edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]