Azərbaycanda dəmir yolu taksisi nə vaxt fəaliyyətə başlayacaq?

Azərbaycanda dəmir yolu taksisinin fəaliyyətə başlaması nəzərdə tutulurdu. Bu xidmətin pilot olaraq 2020-ci ilin sonunadək istifadəyə veriləcəyi bildirilirdi.

Hazırda bu layihə ilə bağlı hansı işlərin görülməsinə gəlincə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev “Unikal”a açıqlamasında bildirib ki, “Dəmiryolu taksisi” layihəsinin bitmə tarixi mövcud pandemiya səbəbindən uzanıb.  

Onun sözlərinə görə, hazırda proqram təminatının layihələndirilməsi üzərində işlər davam etdirilir.

“Azərbaycan Dəmir Yollarının şəbəkəsi və dövlətin idarəetmə sistemləri ilə tam inteqrasiya planlaşdırılır. Yeni məlumatlat olduğu təqdirdə ictimaiyyətə əlavə informasiya veriləcək”, – deyə şöbə müdiri bildirib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]