Sülhməramlılar hərbçilərimizi belə qaytarıb – Fotolar

Xəbər verdiyimiz kimi, dekabrın 18-də azaraq ermənilər tərəfə keçən iki azərbaycanlı hərbçi dekabrın 20-si geri qaytarılıb.

Aktualtv.az-ın məlumatına görə, Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının rəsmi teleqram kanalında həmin hərbçilərin fotoları paylaşılıb.

“Sputnik Ermənistan”ın məlumatına görə, görüşdə Ermənistan Silahlı Qüvvələrinin zabitləri, Azərbaycan nümayəndəsi, saxlanılan azərbaycanlı hərbçilər və Rusiya sülhməramlı qüvvələrinin nümayəndəsi iştirak edib.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi də məsələ barədə məlumat yayıb. Bildirilib ki, dekabrın 18-də gündüz saatlarında Laçın rayonunun dövlət sərhədi istiqamətində Azərbaycan Ordusunun iki hərbi qulluqçusu müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Hüseynov Teymur Ələddin oğlu və əsgər Mustafayev Murad Mikayıl oğlu əlverişsiz hava şəraitində yolu azaraq qarşı tərəfə keçib.

Aparılmış danışıqlar nəticəsində hərbi qulluqçuların dekabrın 20-si geri qaytarılması təmin olunub.

Sülhməramlılar hərbçilərimizi belə qaytarıb - Fotolar

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]