Vüqar Səfərliyə HÖKM OXUNDU – 10 il 6 ay

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə Vüqar Səfərli son söz deyib. V.Səfərli son sözündə verilmiş ittihamlarla razı olmadığını deyərək məhkəmədən bəraət istəyib.

Digər təqsirləndirilən Nadir Məmmədov da cinayət işi üzrə təqsirsiz olduğunu deyib. Digər təqsirləndirilənlər Bünyamin Hacıyev, Valeh Orucov və Telman Tahirov da məhkəmədən ədalətli qərar qəbul etməsini xahiş ediblər.

Məhkəmədə hökm elan olunub. Hökmə əsasən Vüqar Səfərli 10 il 6 ay azadlıqdan məhrum edilib. Hökmdə qeyd olunub ki, V. Səfərli 3 il dövlət orqanlarında vəzifə tuta bilməz.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]