Məişət zorakılığına məruz qalan kişilərin sayı açıqlandı – RƏSMİ

Bu il məişət zorakılığına məruz qalma faktı ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə daxil olan müraciətlərin sayı açıqlanıb.

Aktualtv.az xəbər verir ki, Dövlət Komitəsindən “Report”a bildirilib ki, məişət zorakılığına məruz qalma ilə bağlı müraciət edənlər arasında qadınlar üstünlük təşkil edir.

Amma bununla yanaşı, həm məişət zorakılığı faktı ilə bağlı, həm də sırf özünün məişət zorakılığına məruz qaldığı üçün müraciət edən kişilər də var.

Qeyd olunub ki, 2021-ci ilin 10 dekabr tarixinə məişət zorakılığı ilə bağlı rəsmi ərizə əsasında komitəyə 340 müraciət daxil olub:

“860 Gender – əsaslı zorakılıqla bağlı Qaynar Xəttə məişət zorakılığı ilə bağlı carı ilin yanvar ayından dekabr ayına qədər 405 müraciət daxil olub. Bunlardan məişət zorakılığına məruz qalmış 42 kişi müraciət edib. Bu rəqəm sırf məişət zorakılığına məruz qalan kişilərə aiddir”.

Həmçinin bildirilib ki, Dövlət Komitəsi nəzdində fəaliyyət göstərən 11 Uşaq və Ailələrə Dəstək Mərkəzinə il ərzində 27 məişət zorakılığı, 92 ailə münaqişəsi və 22 qadına qarşı zorakılıq faktı ilə bağlı müraciət daxil olub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]