Ramzan Kadırov Ərdoğanı hədələdi

Türkiyənin Kocaeli bölgəsində Çeçenistanın ilk prezidenti Cövhər Dudayevin adına park açılması Ramzan Kadırovu özündən çıxarıb.

Aktualtv.az xəbər verir ki, Kadırov Türkiyə prezidentinin ünvanına sərt fikirlər səsləndirib. O, Ankaranı çeçen ‘terrorçulara’ qucaq açmaqda ittiham edib:

”Ərdoğana səslənirəm, ya Rusiya ilə səmimi münasibətlər qur, ya da bir dəfəlik elan et ki, sənin ölkən terroru dəstəkləyən dövlətdir!”

Kadırov Türkiyənin geri addım atmayacağı təqdirdə Qroznının mərkəzindəki parklardan birinə Abdulla Öcalanın adını verəcəyini bildirib.

Qeyd edək ki, Cövhər Dudayev 90-cı illərdə Rusiyaya qarşı Çeçenistanın azadlıq mübarizəsi lideri və ölkənin ilk prezidenti olub. Çeçenistanda azadlıq mübarizəsi yatırıldıqdan sonra hakimiyyətə gətirilən Kadırovlar ailəsi ona düşmən münasibət bəsləyir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]