AzTU ilə “AzerGold” QSC arasında əməkdaşlıq uğurla davam edir

Azərbaycan Texniki Universiteti (AzTU) ilə “AzerGold”QSC arasında əməkdaşlıq əlaqələri uğurla davam etdirilir.

Hər iki müəssisə arasında 2021-2022-ci illər üzrə qarşılıqlı əməkdaşlığa dair fəaliyyət planına əsasən QSC-nin insan resursları üzrə baş mütəxəssisi Valid Əliyev AzTU-nun  Metallurgiya və materialşünaslıq fakültəsinin III kurs tələbələrinə təlim keçib.

Əvvəlcə “AzerGold” QSC-nin fəaliyyəti barədə tələbələrə ətraflı məlumat verilib.

Daha sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.

Görüşün sonunda sual-cavabda fəal iştirak edən tələbələrə “AzerGold” QSC-nin hədiyyələri təqdim olunub.

Qeyd edək ki, belə təlimlər mütəmadi olaraq davam etdiriləcək.

Təlimlərdə könüllü olaraq iştirak etmək istəyən tələbələr AzTU-nun Karyera mərkəzinə müraciət edə bilərlər.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]