Sahibə Qafarova: “İnsanları narahat edən məsələlər Milli Məclisdə qaldırılmalıdır”

“İnsanları narahat edən məsələlərin Milli Məclisdə, eləcə də digər dövlət orqanları qarşısında qaldırılması deputatlar qarşısında dayanan ən mühüm vəzifələrdən biridir”.

Bunu Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova deyib.

Sədr bildirib ki, parlamentin əsas funksiyalarından biri təmsilçiliklə bağlıdır: “Milli Məclisə seçilmiş deputatlar öz seçicilərinin maraqlarını təmsil və müdafiə etməlidirlər. Deputatlar seçildikləri dairələrdə fəal iş aparmalı, seçicilərlə daim təmasda olmalıdırlar. Bununla yanaşı, ictimai təşəbbüslər və çağırışlar qanun yaratma prosesində nəzərə alınmalıdır. Düşünürəm ki, ötən dövrdə Milli Məclisin deputatlarının bu istiqamətdə də fəaliyyəti müsbət qiymətə layiqdir”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]