“İran Səudiyyə Ərəbistan ilə danışıqlara hazırdır”

İran Səudiyyə Ərəbistanı ilə gərginliyi azaltmaq üçün danışıqların növbəti raundunda iştirak etməyə hazırdır.

Aktualtv.az  xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian iraqlı həmkarı Fuad Hüseynlə görüşü zamanı deyib.

Onun sözlərinə görə, Tehran Ər-Riyada praktiki təkliflər toplusunu təqdim edib və bu təkliflər Səudiyyə Ərəbistanı hakimiyyəti tərəfindən müsbət qarşılanıb.

Abdullahian onu da qeyd edib ki, İslam Əməkdaşlıq Təşkilatının Ciddədəki mənzil-qərargahında yerləşmələri üçün Səudiyyə Ərəbistanı 3 iranlı diplomata viza da verib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]