İran qonşu ölkələrlə sərhədləri bağladı

İranın Koronavirusla Mübarizə Milli Komitəsinin qərarına əsasən, bu gündən (25 dekabr) İran qonşu ölkələrlə sərhəddə 15 gün müddətinə sərnişinlərin keçidini bağlayıb.

Bu haqda məlumat verən İranın Gömrük Administrasiyasının sözçüsü Ruhulla Lətifi deyib ki, qonşu ölkələrlə sərhədlərin vətəndaşlar üçün bağlanmasının səbəbi koronavirusun “omikron” ştamının yayılmasının qarşısını almaqdır.

Lətifi əlavə edib ki, hazırda İran Türkiyə, İraq, Azərbaycan, Pakistan, Əfqanıstan və digər ölkələrlə sərhəd-gömrük məntəqələrini bağlayıb. Sadəcə, diplomatlar və ailələri, daimi yaşamaq, təhsil, müalicə və ticarət icazəsi olan şəxslər sərhədlərdən keçə bilərlər.

“Qonşu ölkələrlə ticarət üzrə bütün sərhəd-keçid məntəqələri fəaliyyət göstərir və heç bir məhdudiyyət tətbiq olunmayıb”, – deyə o bildirib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]