Komando briqadaları nə ilə fərqlənir? – VİDEO

Xəbər verdiyimiz kimi ötən gün Prezident İlham Əliyev Xocavəndə səfəri zamanı Hadrut qəsəbəsində Komando Briqadasının hərbi hissəsinin açılışını edib.

Tədbirdə çıxış edən Ali Baş Komandan İlham Əliyev komando hərbi hissələrinin sayının artırılacağını və bu tipli yeni hərbi obyektlərin açılacağını qeyd edib.

Aktualtv.az xəbər verir ki, “Baku TV” Komando briqadalarının digər hərbi birləşmələrdən nə ilə fərqləndiyini araşdırıb.

Süjetdə qeyd olunur ki, komando briqadaları ən son hərbi avadanlıq və silahla təchiz edilmiş müqaviləli mütəxəssislərdən ibarət daim hazırlıqlı, yüksək mobil hava-desant hücum birləşməlidir.

Onlar günün istənilən vaxtında həm dağlıq, həm meşəlik ərazilərdə, həmçinin şəhər şəraitində hər an baş verə biləcək silahlı münaqişələrdə dərhal döyüş istifadəsinə hazırdılar.

Bu briqadalar muxtar, təcrid olunmuş və ya əsas qüvvələrdən ayrı qaldığı halda vahid informasiya kommunikasiya məkanında qalıb döyüş əməliyyatlarını aparmağa qadirdilər.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]