Azərbaycanda yeni medal təsis olundu

Prezident İlham Əliyev “Müdafiə sənayesi sahəsində əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalının və “Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005 – 2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb.

Aktualtv.az xəbər verir ki, qanuna əsasən, “Müdafiə sənayesi sahəsində əməkdaşlığa görə” medalı və “Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005-2020)” yubiley medalı təsis olunub.

“Müdafiə sənayesi sahəsində əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə” və “Müdafiə sənayesi sahəsində əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalının təsviri” təsdiq edilib.

“Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005 – 2020)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə” və “Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005 – 2020)” Azərbaycan Respublikasının yubiley medalının təsviri” təsdiq olunub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]