İlham Əliyev bu gün MDB-nin sammitində iştirak edəcək

Bu gün Moskvanın Sankt-Peterburq şəhərində Müstəqil Dövlətlər Birliyinin liderlərinin qeyri-rəsmi sammiti keçiriləcək.

Aktualtv.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev də sammitdə iştirak edəcək.

“Sputnik Ermənistan”ın məlumatına görə, ölkənin Baş naziri Nikol Paşinyan Prezident İlham Əliyevin də sırasında olduğu MDB liderləri ilə danışıqlar aparacaq. Bildirilir ki, Azərbaycan və Ermənistan liderləri arasında ayrıca görüşün keçirilməsi planlaşdırılmır.

Qeyd edək ki, MDB liderlərinin qeyri-rəsmi görüşü ənənəvi olaraq Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə ilin sonu keçirilir. Bu il görüşə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan liderləri dəvət olunub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]