Putin MDB-nin qeyri-rəsmi sammitində iştirak edəcək

Rusiya prezidenti Vladimir Putin çərşənbə axşamı Müstəqil Dövlətlər Birliyinin (MDB) Sankt-Peterburqda əyani formada keçiriləcək qeyri-rəsmi sammitində iştirak edəcək.

Aktualtv.az xarici  KİV-ə istinadən xəbər verir ki, liderlərin Belarusun 2021-ci ildə qurumda sədrliyinə yekun vuracaq, ümumi problemlərin həlli ilə bağlı fikir mübadiləsi aparacaq, əməkdaşlığın səmərəliliyinin artırılması və üzv ölkələrin sosial-iqtisadi inkişafı üzrə gələcək tədbirləri müzakirə edəcəklər.

Qeyd olunub ki, qarşıdan gələn görüş həm də ona görə əlamətdardır ki, dekabrda MDB-nin yaradılmasının 30 ili tamam olur.

Qeyri-rəsmi görüşün təşəbbüskarı Rusiya prezidenti olub. Sammitdə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan liderləri iştirak edəcəklər. Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev də sammitə qatılacaq.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]