Türkiyəni Qafqaza birləşdirəcək tunel sabah açılır

Türkiyə ilə Cənubi Qafqazı birləşdirən yeni avtomobil tuneli sabah istifadəyə veriləcək.

“Anadolu” agentliyi istinadən xəbər verir ki, “Pirinkayalar” tunelinin açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan videokonfrans formatında çıxış edəcək.

2 246 metr uzunluğunda olan yeni tunel Ərzurum vilayətinin Uzundərə rayonu ilə Artvin şəhərini birləşdirəcək.

Xüsusən ağırtonnajlı maşınların hərəkətini asanlaşdıracaq tunel həm təhlükəsiz hərəkəti təmin edəcək, həm də yanacaq və vaxta qənaət imkanı yaradacaq.

Tunel Şərqi Anadolunu Ərzurum-Artvin marşrutundan Şərqi Qara dənizə, Türkiyəni də Gürcüstan üzərindən Qafqaza bağlayacaq.

Türkiyəni Qafqaza birləşdirəcək tunel sabah açılır

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]