Əmək pensiyalarının artırılması TƏKLİF EDİLİR – 2025-ci ilədək…

Minimum pensiyanın məbləği qaldırılmayıb. Biz fəaliyyət göstərdiyimiz dövrdə əmək haqqımız nə qədər yüksəkdirsə və hansı həcmdə sığorta ödənişləri etmişiksə, əmək pensiyasını da yüksək alacağıq.

Aktualtv.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişov “2021-ci ilin yekunlarına dair” mətbuat konfransında deyib.

O bildirib ki, minimum əmək haqqı ilə əmək pensiyası arasında bağlılıq var: “Bu balans qorunmaqla artım həyata keçirilir. 2025-ci ilə qədər əmək pensiyalarının artırılmasıyla bağlı təkliflər təqdim olunacaq”.

O qeyd edib ki, əmək pensiyalarının orta aylıq məbləği gələn il üçün 345 manat, yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 375 müəyyən edilib, əmək pensiyalarının minimum məbləği isə hələlik proqnozlaşdırılmayıb”, – deyə sədr əlavə edib.

Onun sözlərinə görə, gələn il üçün DSMF-nin xərcləri 5307 mln. manat proqnozlaşdırılıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]