Ukrayna Saakaşvili ilə bağlı Gürcüstana müraciət etdi

Ukrayna Xarici İşlər Nazirliyi Gürcüstana müraciət edərək keçmiş prezident Mixeil Saakaşvilini hərbi hospitaldan həbsxanaya qaytarmamağa çağırıb.

Bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb. Xarici İşlər Nazirliyi həm də Ukrayna vətəndaşı olan Saakaşviliyə hörmətlə yanaşmağa, onun həyatı və sağlamlığına təhlükə yaradan hərəkətlərə yol verməməyə çağırıb:

“Mixeil Saakaşvilinin səhhəti buna imkan vermir. Onun əlavə reabilitasiyaya ehtiyacı var. Gürcüstan tərəfi ukraynalı həkimlərin müayinə etməsi üçün Mixeil Saakaşviliyə getməsinə icazə verməlidir”.

Eyni zamanda, Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatına əsasən, Ukraynanın Gürcüstandakı konsulu bu gün Qori Hərbi Hospitalında Mixeil Saakaşvilini ziyarət edəcək .

Xatırladaq ki, Gürcüstanın keçmiş Prezidenti noyabrın 8-də Tbilisidəki Qldani türməsinin xəstəxanasında müalicəyə alınıb. Əlli gün aclıq aksiyası keçirən siyasətçi noyabrın 20-də Qoridəki hərbi hospitala köçürülüb. M.Saakaşvili bundan sonra aclıq aksiyasını dayandırıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]