Ermənilərin yaraladığı şirkət əməkdaşı danışdı – Video


Xəbər verdiyimiz kimi, dünən Ağdamın işğaldan azad olunan ərazilərində xidməti vəzifələsini yerinə yetirən mülki şəxs Anar Rəhimli Erməni silahlılarının açdığı atəş nəticəsində yaralanıb.

Aktualtv.az AzTV-yə istinadən xəbər verir ki, A.Rəhimliyə hazırda tibbi xidmət göstərilir, həyatı üçün təhlükə yoxdur.

“Sahəyə gedirdik. Qabağımıza bir post çıxdı. Elə bildik ki, bizimkidir. Yoldaşım yolu açmalarını demək üçün ora getdi. Sonra qaçaraq maşına tərəf gəldi və dedi ki, erməni postudur, tez sür tez çıxaq. Mən maşını arxaya verəndə atəş açmağa başladılar. Güllənin biri qoluma dəydi, sümüyüm sındı. Sükanı döndərə bilmədiyim üçün dirəyə çırpıldıq və sonra da dərəyə düşdük. Daha sonra maşın aşdı. Avtomobildən çıxdıqdan sonra qolumu bağlayıb gözlədim. Yoldaşım isə kömək çağırmağa getdi”, – Anar Rəhimli bildirib.

Xatırladaq ki, dekabrın 29-u saat 16 radələrində, Ağdam rayonunun işğaldan azad edilmiş “Yeddi xırman” adlanan ərazisində 1993-cü il təvəllüdlü, Bakı şəhər sakini Rəhimli Anar Məhəmməd oğlunun odlu silahdan açılmış atəş nəticəsində xəsarət alması faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla “Bakcell” şirkətinin əməkdaşı Anar Rəhimlinin qeyd edilən ərazidə xidməti vəzifələrini icra edərkən erməni silahlı qüvvəlləri tərəfindən atəşə tutulması nəticəsində xəsarət alması müəyyən edilib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]