Tanınmış məşqçi Yeni il gecəsi vəfat etdi

Voleybol üzrə Rusiya millisinin sabiq üzvü, məşqçi Vadim Xamutskix vəfat edib.

Aktualtv.az xəbər verir ki, o, ötən gecə 52 yaşında ürək tutmasından dünyasını dəyişib.

Qeyd edək ki, V.Xamutskix üçqat olimpiya mükafatçısıdır. Rusiya millisi ilə Olimpiya Oyunlarının gümüş (2000) və ikiqat bürünc (2004, 2008) mükafatçısı olan Xamutskix Dünya Kubokunun (1999), Dünya Liqasının (2002) qalibi, həmçinin Dünya Çempionatının gümüş mükafatçısı (2002) adını qazanıb. Avropa Çempionatında isə iki dəfə gümüş (1999, 2007), iki dəfə bürünc (2001, 2003) medala sahib çıxıb. İki dəfə voleybol üzrə Çempionlar Liqasının qalibi olub.

Karyerasını bitirəndən sonra məşqçilik edən Xamutskix 2019-cu ildən “Beloqorye” voleybol klubunu çalışdırırdı.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]