İsmayıllıda “Narkomaniya və onun yaratdığı fəsadlar” mövzusunda gənclərlə görüş keçirilib 

 “Narkomaniya və onun yaratdığı fəsadlar”  mövzusunda gənclərlə görüş keçirilib.

Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin (RİH) məsul işçisi, Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları və gənclər iştirak ediblər. 

Çıxışlarda vurğulanıb ki, narkotik maddələrin qəbulu və narkomaniyanın yayılması millətin sağlam həyat tərzi üçün ciddi təhlükədir. Narkotik maddələrin qəbul edilməsi ilə insan fiziki, mənəvi və psixoloji cəhətdən məhv olur. Hazırda dünyada 2 milyondan artıq narkoman var ki, onların da çoxunu gənclər təşkil edir. Narkomaniyanın mənəvi təhlükəliliyi insanların fiziki və psixi sağlamlığının ciddi şəkildə pozulmasına səbəb olur.

Çıxış edənlər bəşəriyyət üçün böyük bəla olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizənin bu gün xüsusilə aktual xarakter daşıdığını, narkomaniaya qarşı aparılan tədbirlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu bildiriblər.

Sonda görüşdə olan gəncləri maraqlandıran suallar cavablandırılıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]