İsraildə helikopter qəzası – Polkovnik-leytenantla kapitan öldü

İsrailin şimalında yerləşən Hayfa şəhəri sahillərində “Eurocopter AS565 Panther” hərbi helikopteri qəzaya düşüb.

Aktualt.az-ın xəbərinə görə, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Helikopterin göyərtəsində 3 pilot olub, onlardan ikisi – polkovnik-leytenant və kapitan həlak olub. Digər pilot – kapitan isə ağır yaralanıb.

Bildirilir ki, helikopter yanvarın 3-də axşam saatlarında Hərbi Hava Qüvvələrinin Ramat- Daviddəki aviabazasından Hayfa sahillərində təlim uçuşu üçün havaya qalxıb. Naməlum səbəbdən dənizə düşüb.

Faktla bağlı araşdırma aparılır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]