Qazaxıstanda etirazçılar prezident iqamətgahına daxil olmağa çalışır

Bir neçə min etirazçı Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Alma-Atadakı iqamətgahının ərazisinə daxil olmağa çalışır.

Aktualtv.az “RİA Novosti”yə istinadən xəbər verir ki, aksiya iştirakçılarından bir neçəsi hakimlik binası yaxınlığındakı kütlədən ayrılaraq prezident iqamətgahına gedib.

“Ətrafı tüstü bürüyüb, səs qumbaralarının partlaması və atəş səsləri eşidilir”, – yerli qəzetlərdən biri yazıb.

Qeyd edək ki, prezident Mangistau və Almatı vilayətlərində, eləcə də Alma-Atada yanvarın 19-dək fövqəladə vəziyyət elan edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]