“Xalqın yanında olacağam” – Qazaxıstan prezidenti (YENİLƏNİB)

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkəsindəki kütləvi etirazlarla bağlı vətəndaşlara ikinci müraciətlə çıxış edib.

Tokayev bu gündən Qazaxıstan Təhlükəsizlik Şurasına rəhbərlik edəcəyini bildirib. Qeyd edək ki, şuraya indiyə kimi Nazarbayev rəhbərlik edib.

O, həmçinin xalqın yanında olacağını da qeyd edib: “Paytaxtda olacam, xalqın yanında olacağam”.

Prezident etirazlar fonunda yeni təkliflər paketi ilə çıxış edəcəyinə söz verib.

Tokayev bu gündən etibarən hakimiyyətin ölkə küçələrində keçirilən etiraz aksiyaları zamanı qanunu pozanlara qarşı mümkün qədər sərt davranacağını da əlavə edib: “Biz bundan sonra qanun pozuntusuna yol verənlərə münasibətdə mümkün qədər sərt davranmaq niyyətindəyik”.

Prezident bildirib ki, etirazlar zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları arasında ölənlər var.

***16:58

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkəsindəki kütləvi etirazlarla bağlı yaxın vaxtlarda vətəndaşlara ikinci müraciətlə çıxış edəcək.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

“Yaxın vaxtlarda Prezidentin müraciəti gözlənilir”, – deyə məlumatda qeyd olunub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]