Qazaxıstan ölkədəki vəziyyəti xarici hücum kimi qiymətləndirib

Qazaxıstan hökuməti ölkədəki vəziyyəti kənardan hücum kimi qiymətləndirib.

Bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) katibliyindən bildirilib.

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının katibliyi Qazaxıstan tərəfindən yardım üçün müraciətin daxil olduğunu təsdiqləyir. Müraciətdə bildirilir ki, bu vəziyyət xaricdə təlim keçmiş quldur birləşmələrinin hücumu kimi qiymətləndirilir”, – təşkilatın saytında yerləşdirilən məlumatda deyilir.

Bildirilir ki, Qazaxıstan KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının üzvləri ilə məsləhətləşmələr aparıb, respublikaya hərbi yardım göstərilməsi üçün təşkilata üzv dövlətlərin başçılarına müraciət göndərib.

“KTMT-nin Kollektiv Təhlükəsizlik Şurası ölkədə vəziyyəti sabitləşdirmək və normallaşdırmaq üçün KTMT-nin kollektiv sülhməramlı qüvvələrinin məhdud müddətə Qazaxıstan Respublikasına göndərilməsi barədə qərar qəbul edib”, – məlumatda bildirilir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]