“Zavod” çörəyi bu gündən yeni qiymətə satılır

Əvvəllər bir ədədi 50 qəpiyə satılan “zavod” (dairəvi) çörəyin qiyməti bu gündən 15 qəpik və ya 30 faiz artırılaraq 65 qəpiyə çatdırılıb. Qiyməti 40 qəpik olan dairəvi çörək isə 50 qəpiyə satılır. 

Aktualtv.az bildirir ki, artıq bütün çörək satan mağazalarda “zavod” çörəkləri yeni qiymətlərə təklif edilir. 

Qeyd edək ki, çörəyin qiymətinin artırılacağı bir neçə gün öncədən bəlli idi. Bir neçə gün öncə iri un və çörək

istehsalçıları müraciət qəbul edərək 50 kq-lıq unun qiymətinin 26 manatdan 36 manata, “zavod” çörəklərinin qiymətinin isə 10-15 qəpik qalxacağını bildirmişdilər.

Bahalaşmaya əsas səbəb kimi, xaricdə buğdanın qiymətinin kəskin artması göstərilir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]