2023-cü ildən qaz sayğacları avtomatik sıfırlanacaq

““Azəriqaz” İB-nin yeni sifariş etdiyi sayğaclarda limit sıfırlanmaları növbəti ildən etibarən avtomatik şəkildə mümkün olacaq”.

Bu barədə Aktualtv.az a qurumun mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev məlumat verib. O qeyd edib ki, 2022-ci ildən başlayaraq “Gəncəcihazqayırma” zavoduna 10 min ədəd mexaniki tipli yeni sayğaclardan sifariş edilib:

“Yeni mexaniki sayğacların üstünə qurğu quraşdırılacaq. Bu sayğaclarda sərfiyyat mərkəzləşdirilmiş qaydada yoxlanılacaq. Sayğaclarda limit sıfırlanmaları növbəti ildən etibarən avtomatik şəkildə mümkün olacaq. Hazır olduqda həmin sayğacların effektivliyinə baxacağıq. Cihazlar “Azəriqaz İB”nin hesabına abonentlər üçün qoyulacaq. Sistem özünü doğrultsa, bundan sonra həmin sayğaclardan qoyulacaq. Yanvarın sonundan bu sistemi tətbiq etməyə başlayacağıq”.

Xatırladaq ki, “Azəriqaz İB” bu il qaz sayğaclarındakı limit sıfırlanması prosesinin yanvarın 10-a kimi davam edəcəyini bildirib. Bu isə vətəndaşlar arasında narazılığa səbəb olub. Onlar həmin müddətə qədər hesablanan sərfiyyatın dekabr ayına aid ediləcəyini, bununla da ziyan görəcəklərini deyirlər. 

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]