4 milyon manat özəl TV-lərin hesabına köçürüldü

Milli Televiziya və Radio Şurasına (MTRŞ) hesabat ilində illik plana əsasən Dövlət büdcəsindən 1.659.538,50 (Bir milyon altı yüz əlli doqquz min beş yüz otuz səkkiz manat əlli qəpik) vəsait ayrılıb.

Bu, MTRŞ-nin 2021-ci il üzrə maliyyə hesabatında yer alıb.

Qeyd olunub ki, 2021-ci il ərzində büdcədən maliyyələşdirilmiş vəsait 1.480.177,71 (bir milyon dörd yüz səksən min yüz yetmiş yeddi manat yetmiş bir qəpik) vəsait təyinatı üzrə istifadə olunub.

“Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2021-ci il tarixli sərəncamına əsasən Azərbaycanda fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarına “Azerspace-1” peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasına 4.000.000,00 (dörd milyon) manat vəsait ayrılıb və səkkiz özəl teleradio yayımçılarının hesabına köçürülüb”, – hesabatda deyilir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]