BMT-dən Qazaxıstan hakimiyyətinə ÇAĞIRIŞ

“BMT Qazaxıstan hakimiyyətini insan haqlarına hörmət etməyə, bütün tərəfləri təmkinliyə çağırır. Qazaxıstanda zorakılıq və qətllər qəbuledilməzdir”.

Aktualtv.az xəbər verir ki, bunu BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik Qazaxıstanda etirazçılara atəş açılması ilə bağlı ölkə rəhbərinin göstərişinə münasibət bildirərkən brifinqdə deyib.
“Qazaxıstandakı vəziyyəti diqqətlə izləməyə davam edirik və bütün tərəfləri təmkinliyə, zorakılıqdan çəkinməyə və vəziyyəti həll etmək üçün dinc vasitələrdən istifadə etməyə çağırırıq”, – deyə Dujarrik əlavə edib.
Onun sözlərinə görə, zorakılığa son qoyulması vacibdir, nümayişçilər öz aksiyalarını dinc şəraitdə keçirməlidirlər: “Polis əməkdaşlarının və digərlərinin öldürülməsi qəbuledilməzdir, nümayişçilərin öldürülməsi də eynilə. İstənilən vəziyyətdə ictimai asayişin bərpası zamanı insan hüquqlarına və beynəlxalq standartlara hörmətlə yanaşmağa ehtiyac var”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]