Xaricdə doktorantura təhsilinə sənəd qəbulu başlayır

Gələn aydan xaricdə doktorantura təhsilinə sənəd qəbulu başlayır.

Təhsil Nazirliyindən verilən məlumata görə, “2019-2023 Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi üçün sənəd qəbulu ildə 2 dəfə həyata keçirilir.

Bu il üçün birinci sənəd qəbulu fevral-aprel ayında, ikinci sənəd qəbulu isə iyul – sentyabr aylarında baş tutacaq.

Qeyd olunub ki, proqram prioritet ixtisas istiqamətləri üzrə xaricdə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda müvafiq sahələr üzrə xaricdə doktorantura səviyyəsində təhsil alan namizədlər üçün nəzərdə tutulub.

Maraqlananlar tələb olunan sənədlərlə link vasitəsilə tanış ola bilər. Əlavə sual yaranarsa, FAQ/MVS və ya [email protected] elektron ünvanına müraciət etmək mümkündür.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]