“Türkiyədən çıxan yüklər Azərbaycan vasitəsilə Çinə qədər daşınır” – Ərdoğan

“Türkiyədən çıxan yüklər Azərbaycan vasitəsilə Orta Asiyaya, Çinə qədər daşınır”.

Aktualtv.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan Konya və Karaman vilayətlərini birləşdirən sürətli dəmir yolunun açılış mərasimində çıxışı zamanı deyib.

Ərdoğan bildirib ki, sürətli dəmir yolu sistemi Türkiyəni bütün bölgə ölkələri ilə birləşdirəcək.

Dövlət başçısı qeyd edib ki, dəmir yolunun inkişafı Türkiyə hökumətinin prioritet istiqamətlərindən biridir.

“Hökumətimiz sayəsində Londondan çıxan qatar Bosfor boğazından keçərək birbaşa Anadoluya çata bilir”, – Türkiyə lideri bildirib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]