“Omicron”a qarşı effektiv peyvənd hazırlanacaq

COVID-19-un Omicron ştamına qarşı effektiv peyvənd martda hazır olacaq.

Aktualtv.az-ın “CNBC” kanalına istinadən verdiyi xəbərə görə, bunu “Pfizer”in icraçı direktoru Albert Bourla deyib.
Onun sözlərinə görə, şirkət artıq ilkin dozaların istehsalına başlayıb.
Albert Bourla peyvəndin COVID-19-un digər variantlarını da hədəf alacağını deyib. O, Omicron peyvəndinə ehtiyac olub-olmamasının və ya necə istifadə ediləcəyinin hələ də bəlli olmadığını, lakin bəlli dozaların hazır olacağını bildirib. O qeyd edib ki, peyvəndin mümkün qədər tez hazırlanmasını istəyən hökumətlər var.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]