Azərbaycanda karantin sərtləşdirilə bilər? – AÇIQLAMA

“Bir müddət əvvəl koronavirusun yeni “Omikron” variantının aşkar edilməsi bir sıra ölkələrin yenidən qapanma qərarlarının müzakirəsinə səbəb olmuşdu”.

Aktualtv.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, bu, o zaman dünya birjalarına və eləcə də neft bazarına ciddi təsir etsə də, sonradan qlobal bazalarda bu təsirlər uzun müddətli olmadı və genişmiqyaslı qapanma qərarları verilmədi:

“Qlobal iqtisadiyyat da artıq fərqli növ virusların “kəşfinə” adaptasiya olub və “iqtisadi immunitet” yaranıb. Azərbaycan yumşaq karantin rejimini tətbiq edən ölkələrdəndir. Təbii ki, epidemioloji vəziyyətdən asılı olaraq qərarlar verilir. Bununla belə, indiki halda yenidən sərt qapanmalara getmək arzuolunan deyil. Real sektordakı açılmaların və yenidən bərpa olunan aktivliyin qorunub saxlanması vacibdir. Bununla belə, dünya bazarlarındakı və eləcə də neft birjalarında kəskin dalğalanmalar bir daha təsdiq edir ki, hər zaman xarici şoklar aktiv ola bilər. Buna görə də, iqtisadiyyatdakı mövcud artım tempinin qorunub saxlanması üçün sərt karantın tədbirlərinin yenidən tətbiqi məqsədəuyğun deyil”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]