“Qəhrəmanların izilə” layihəsinin bağlanış mərasimi keçirildi

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və “Vətənpərvər Maarifçi Gənclər“ İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Qəhrəmanların izilə” layihəsinin bağlanış mərasimi Excelsior Hotelinin akt zalında keçirildi.

Layihə II Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ruhunu əbədiləşdirmək məqsədi daşıyır. Qeyd edək ki, layihə çərçivəsində gənclərlə birgə ilk olaraq Bakı şəhərindəki Şəhidlər Xiyabanı ziyarət olundu.

Daha sonra, 14 noyabr tarixindən etibarən müharibədən əziyyət çəkmiş Azərbaycan regionlarından Gəncə şəhəri, Tovuz, Tərtər, Bərdə rayonlarına ziyarətlər təşkil olundu və gənclər terror hadisəsi olmuş ərazilərə baş çəkərək müharibə zamanı ermənilərin mülki əhaliyə qarşı amansızlıqlarının canlı şahidi oldular. Daha sonra, layihə çərçivəsində hazırlanan kitabçanın təqdimatı keçirildi.

Həmin kitabçada II Qarabağ müharibəsində şəhid olmuş gənclər haqqında məlumatlar qeyd olunub.​

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]