DSMF-dən bəzi pensiyaların artmaması ilə bağlı AÇIQLAMA

Dövlət Sosial Müdafiə Fondu bəzi vətəndaşların pensiyalarının artmamasının səbəblərini açıqlayıb.

Fonddan bildirilib ki, ölkədə növbəti sosial islahat paketinin tərkib hissəsi kimi, Prezident İlham Əliyevin təsdiq etdiyi yeni qanunla minimum aylıq əmək pensiyasının məbləği 2022-ci ilin əvvəlindən 20% artırılaraq 200 manatdan 240 manata çatdırılıb.

Qeyd olunub ki, bu artım pensiyalarının məbləği 240 manata qədər olan pensiyaçıları əhatə edir və onların pensiyaları yanvarın 1-dən 240 manata çatdırılaraq ödənilir: “Pensiyaların bu ilin əvvəlindən indeksləşdirilərək artırılması isə ötən ilin orta aylıq nominal əməkhaqqının illik artım tempinə dair Dövlət Statistika Komitəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edəcəyi rəsmi məlumata uyğun aparılacaq. Həmin artım tətbiq olunduqda bu barədə məlumat veriləcək”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]