Azərbaycanlı İstanbulda lüks avtomobillə ağır qəza törətdi – Video

Azərbaycan vətəndaşı Türkiyənin İstanbul şəhərində ağır yol qəzası törədib.

Aktualtv.az “Hürriyet”ə istinadən xəbər verir ki, Zincirlikuyudan Beşiktaş istiqamətində hərəkət edən azərbaycanlı Rəfail Əliyevin idarə etdiyi “99 MB 888” Azərbaycan dövlət nömrə nişanlı lüks avtomobil Oktay Arayın idarə etdiyi taksiyə çırpılıb.

Taksi zərbənin şiddətindən ilk olaraq yol kənarındakı baryerlərə, sonra isə dayanmış avtobusa çırpılıb.

Taksi sürücüsü bu zaman avtomobilin pəncərəsindən taksinin altına düşüb. Avtomobilin altında qalan Aray yanğınsöndürənlər və ətrafdakı insanların köməyi ilə oradan çıxarılıb, xəstəxanaya aparılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Polis qəza ilə bağlı araşdırmaya başlayıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]