Bəhram Bağırzadədən üzr videolarına ironik yanaşma – Video

Əməkdar artist Bəhram Bağırzadə Daxili İşlər Nazirliyi (DİN) tərəfindən mütəmadi olaraq yayımlanan vətəndaşların üzr videoları ilə bağlı ironik paylaşım edib.

Aktualtv.az xəbər verir ki, tanınmış aktyor sosial şəbəkə hesabında paylaşdığı videoda dostları ilə yeyib-içməyə getdiyini, hər ehtimala qarşı Bakıya gələn turistlərdən, şəhərin bütün pişiklərindən üzr istədiyini deyərək məsələyə yumoristik şəkildə münasibət göstərib.

Qeyd edək ki, son dövrlərdə sosial şəbəkələrdə inzibati xəta törətmələrinə dair videoları yayılan şəxslər DİN tərəfindən müəyyən edilərək polis bölməsinə çağırılır, üzr görüntüləri yayılır. Sonuncu belə hadisələr aztəminatlı şəxsləri təhqir etdiyi deyilən “Gelandewagen” sürücüsü Samid Bağırov və bayraqla avtomobilini təmizlədiyi bildirilən 72 yaşlı taksi sürücüsü ilə bağlı yaşanıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]