Qazaxıstan ssenarisi Qafqazda təkrarlana bilər? – Rusiyalı ekspertdən AÇIQLAMA

Regionun problemləri hələ həllini tapmasa da, Qazaxıstan ssenarisinin Cənubi Qafqaz ölkələrində təkrarlanması ehtimalı çox azdır.

Aktualtv.az  Axar.az xəbər verir ki, bunu rusiyalı siyasi ekspert Nikolay Silayev deyib.

“2020-ci ilin yayından biz Gürcüstanda indi daha kəskin və ya zəif olan siyasi böhranı müşahidə edirik. Amma bu, kütləvi etirazların olduğu Qazaxıstanda gördüyümüzdən tamamilə fərqlidir. Qafqaz ölkələrinin heç birində silahlı iğtişaş ehtimalı yoxdur”, – N.Silayev söyləyib.

Ekspert qeyd edib ki, region dövlətləri çox fərqli şəkildə təşkil olunub:

“Ermənistanda siyasi narazılığın ifadə mexanizmləri var. Bu, Gürcüstanda da mövcuddur, baxmayaraq ki, ölkənin siyasi sistemi açıq-aşkar öz işini zəif yerinə yetirir. Azərbaycanda isə buna yanaşmalar daha fərqlidir”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]