SON DƏQİQƏ! Qazaxıstanda komendant saatına görə ata, ana və qızları güllələndi -DƏHŞƏT

Üç nəfərdən ibarət ailə Almatı vilayətinin mərkəzində – Taldı-Kurqan şəhərində qonaqlıqdan evə qayıdarkən avtomobildə güllələnib. Öldürmək üçün açılan atəşin qurbanları ailə başçısı Nurbolat Seyitkulov, həyat yoldaşı Altınay Etayeva və 15 yaşlı qızı Nuray olub.

Bu barədə Qazaxıstanın “Express K” nəşri məlumat yayıb.

Ailənin qohumlarından birinin dediyinə görə, faciəli olay şəhərdə komendant saatı tətbiq olunan ilk gün axşam saat təxminən 20:30 radələrində baş verib. Bu zaman artıq komendant saatı qüvvədə olub. Lakin ailə axşam saat 20:00-dan komendant saatının qüvvəyə minəcəyindən xəbərsiz imiş. Dəfn mərasiminə toplaşanlar da axşam saat 8-dən etibarən komendant saatının tətbiq edildiyindən xəbərsiz olduqlarını deyirlər.

“Maşının şüşələri tünd rəngdə olmayıb və hərbçilər salonda uşaq olduğunu görməli idi”,- ailənin yaxınları belə deyir. Avtomatın ardıcıl atəşi yeniyetmə qızın üzünə yönəlib.

Nurbolat zavodda işləyir, Altınay evdar qadın idi, Nuray isə məktəbdə oxuyurdu…

Dünən – yanvarın 12-dən Almatı vilayətində komendant saatı dəyişdirilib və indi saat 23:00-da başlayacaq. Əvvəllər şəhərdə hərəkətə məhdudiyyətlər axşam saat 8-dən səhər saat 7-yə kimi qüvvədə olub.moderator.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]