Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin ilk görüşünün gündəliyi açıqlandı

“Ermənistan dialoq nəticəsində Türkiyə ilə diplomatik münasibətlərin qurulması və sərhədlərin açılmasını gözləyir”.

Aktualtv.az  erməni mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Vahan Unanyan iki ölkənin xüsusi nümayəndələrinin yanvarın 14-də planlaşdırılan görüşü barədə söyləyib.

O qeyd edib ki, Türkiyə hökuməti ilkin şərtlər olmadan dialoqa başlamaq yanaşmaısını dəstəkləyirlər.

Diplomat bildirib ki, xüsusi nümayəndələrin ilk görüşü tanışlıq xarakteri daşıyacaq: “Bir görüşdən mühüm nəticələr gözləmək çətindir, ancaq bu prosesi işə salacaq”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]