Arazdəyən-Mehri dəmir yolunun bərpası üzrə işçi qrup YARADILDI

Ermənistanın Baş naziri Nikol Paşinyan Arazdəyən-Mehri dəmir yolu xəttinin bərpası üçün işçi qrupun yaradılması barədə qərar verib.

Aktualtv.az-ın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, işçi qrupa 10 nəfər daxil edilib.
İşçi qrupun sədri, Ermənistanın İrandakı sabiq səfiri, hazırda Baş nazirin köməkçisi olan Artaşes Tumanyan təyin olunub.

O, hər rüb görülən işlər barədə hesabat təqdim etməlidir.

Arazdəyən-Mehri dəmir yolunun əsas hissəsi Naxçıvan Muxtar Respublikasının ərazisindən keçəcək.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]