THY PCR test tələbini ləğv etdi

Türk Hava Yolları (THY) Türkiyədə bütün daxili reyslərdə sərnişinlərin təyyarəyə minərkən PCR testi tələbini ləğv edib.

Bu barədə hava daşıyıcısının baş direktoru Bilal Ekşi Tvitter hesabında məlumat verib.

“Səlahiyyətli orqanlarımızın qəbul etdiyi qərara uyğun olaraq, bütün sərnişinlərimizdən artıq daxili reyslərdə PCR testləri tələb olunmur. Onlar üçün HES kodunu təqdim etmək kifayət edəcək”, – Ekşi yazıb.

Qeyd edək ki, Türkiyəyə gələn bütün əcnəbilər sağlamlıq kodunu (HES kodu) almaq üçün ölkəyə girişdən 72 saat əvvəl elektron sorğu vərəqələrini doldurmalıdırlar. Bu, “register.health.gov.tr” saytında edilməlidir, bundan sonra fərdi HES kodu avtomatik olaraq verilir.

Xatırladaq ki, son həftələr Türkiyədə koronavirusa yoluxanların sayında kəskin artım qeydə alınıb. Səhiyyə naziri Fahrettin Koca bu vəziyyəti ölkədə dominant hala gələn yeni “omicron” ştamının yayılması ilə əlaqələndirib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]