Emosional tükənmənin əsas əlaməti açıqlandı

Ailə və uşaq məsləhətçisi, məşqçi və psixoloq Yekaterina Davıdova işdə tükənmişliyin əsas simptomunu açıqlayıb.

“Ən mühüm əlamət narazılıqdır. Məhsuldarlıq azalır, xroniki yorğunluq yaranır”, – deyə ekspert bildirib.

Psixoloq izah edib ki, tükənmə zamanı insanı işin əvvəlində cəlb edən motivasiya artıq ona təsir etmir. Bu vəziyyətdə orqanizm stressə reaksiya verir və müxtəlif yollarla onun öhdəsindən gəlməyə çalışır.

“Əksəriyyət üçün bu, fiziki simptomlarda özünü göstərir – tez-tez xəstəliklər baş verir. Kimsə müntəzəm olaraq içməyə başlayır”, – deyə psixoloq qeyd edib.

Mənbə: “Moslenta”

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]